​Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa uçuş reysi açılıb

​Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa uçuş reysi açılıb Reyslər bu il iyunun 14-dən həyata keçiriləcək
Region
237
13 May , 2015 17:32
​Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa uçuş reysi açılıb

Bakı. 13 may. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərindən Azərbaycanın Lənkəran şəhərinə davamlı aviareys açılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda "Tolmaçyov" hava limanı məlumat yayıb.

Xəbərdə bildirilib ki, "Anqara" Hava Şirkətinə məxsus təyyarə bu il iyunun 14-dən etibarən hər həftənin bazar günü yerli vaxtla 06.45-də Novosibirskdən uçaraq saat 11.00-da (Bakı vaxtı ilə) Lənkərana enəcək. Elə həmin gün Lənkərandan Bakı vaxtı ilə saat 12.00-da uçaraq saat 17.40-da (Novosibirsk vaxtı ilə) Novosibirskə enəcək.

Birbaşa reys (№ 905/906) 75 yerlik "An-148" təyyarəsi ilə həyata keçiriləcək. İkitərəfli uçuş biletinin qiyməti 28 min rubl, təxminən 580 manatdır. Biletləri "Tolmaçyov" hava limanı və Novosibirskin aviakassalarından almaq olar. 

Son xəbərlər

Orphus sistemi