Nikol Paşinyan Rusiyaya gedəcək

Nikol Paşinyan Rusiyaya gedəcək Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya səfər edəcək.
Region
20 Dekabr , 2018 15:51
Nikol Paşinyan Rusiyaya gedəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında bildirib.

Ermənistanla münasibətləri necə bərpa etmək fikrində olduqları barədə sualı cavablandıran dövlət başçısı bildirib ki, aramızda uçub-dağılan, bərpa edilməli olan heç bir şey yoxdur: "Gələn həftə Nikol Paşinyan Moskvaya səfər edəndə bu məsələləri müzakirə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi