Nikol Paşinyan: "Rusiya və ABŞ Ermənistanın daxili işlərinə qarışmayacaq"

Nikol Paşinyan: "Rusiya və ABŞ Ermənistanın daxili işlərinə qarışmayacaq" "Danışıqlar və mitinqlər yolu ilə mübarizəmizi davam etdirəcəyik"
Region
27 Aprel , 2018 12:49
Nikol Paşinyan: Rusiya və ABŞ Ermənistanın daxili işlərinə qarışmayacaq

Bakı. 27 aprel. REPORT.AZ/ "Rusiya, Avropa İttifaqı və ABŞ beynəlxalq hüquqa hörmətlə yanaşan ölkələr və təşkilatlar kimi Ermənistanın daxili işlərinə qarışmayacaq".

"Report" xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

"Daha əvvəldən də elan etdiyimiz kimi, hakimiyyətlə danışıqlara hazırıq. Mən indi burdayam, amma gördüyünüz kimi, Karen Karapetyan (baş nazir vəzifəsinin müvəqqəti icraçısı) yoxdur. Hesab edirəm ki, bu, kifayət qədər aydın faktdır", - o bildirib.

Qarşıdakı günlərlə bağlı planlara toxunan deputat müxalifətin mitinqləri davam etdirmək niyyətində olduğunu da vurğulayıb: "Planlar dəyişməz qalıb. Vəziyyət gərgin olaraq qalır, ona görə də hesab edirəm ki, danışıqlar zəruridir. Danışıqlar və mitinqlər yolu ilə mübarizəmizi davam etdirəcəyik".

N.Paşinyan qeyd edib ki, Yerevanda başlanan etirazlar kiməsə deyil, Ermənistanda mövcud olan qanunsuz və korrupsiyaya yoluxmuş sistemə qarşı yönəlib: "Ermənistanda real dəyişikliklər istəyirik. Parlamentə yeni seçkilərin şəffaf və demokratik keçiriləcəyinə dair təminat istəyirik. Siyasi böhranı dərinləşdirməməliyik, əksinə, həll etməliyik. Bütün təkliflərimiz problemin həllinə yönəlib".

Son xəbərlər

Orphus sistemi