Yuxarı
    Bağlamaq

    Niderlandın müdafiə naziri: “Türkiyə ilə mövcud gərginliyi azaltmaq istəyirik”

    Nazir Türkiyə ilə Hollandiya arasında gərginliyin yüksəldilməsinin seçki ilə əlaqəsi olmadığını da vurğulayıb

    Bakı. 16 mart. REPORT.AZ/ “Biz Türkiyə ilə ölkəmiz arasındakı mövcud gərginliyi azaltmaq istəyirik”.

    “Report” "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Janin Hennis-Palssçert krallıqda keçirilən parlament seçkilərindən sonra bildirib.

    O, Türkiyəyə münasibətdə daha anlayışlı tərzdə davranılmasını təklif edib.

    Nazir Türkiyə ilə Hollandiya arasında gərginliyin yüksəldilməsinin seçki ilə əlaqəsi olmadığını da vurğulayıb.

    Qeyd edək ki, martın 15-də Niderland Krallığında keçirilən parlament seçkilərinin nəticələrinə əsasən baş nazir Mark Ruttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq birinci yerdə olub.

    Radikal sağçı Gert Vildersin Azadlıq Partiyası isə 20 yer qazanaraq ikinci olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi