Yuxarı

"NDI"nin Ermənistan ofisi fəaliyyətini dondurur

Milli Demokratik İnstitutunun Ermənistan ofisi işini yazda dayandıracaq

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Milli Demokratik İnstitutunun Ermənistan ofisi (National Democratic Institute — NDI) yazdan etibarən fəaliyyətini qeyri-müəyyən vaxta qədər donduracaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın sədri Qeqam Sarqsyan bildirib. 

O, qeyd edib ki, bunun səbəbi maliyyə problemləridir və ofisin bağlanması Ermənistanın Avrasiya Birliyinə (AİB) daxil olması ilə əlaqədar deyil. 

Lakin o təsdiq edib ki, postsovet məkanında prioritetlər dəyişib. Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə Ermənistan son illər daha az maliyyə vəsaiti alıb. "Ermənistan son illər hər zaman maliyyələşdirmənin dayandırılması ilə üzləşib", - təşkilatın sədri əlavə edib.

Qeyd edək ki, NDI ofisi artıq 20 ildir ki, Ermənistanda fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi