Yuxarı

Türkiyənin Müdafiə Nazirliyi: Terrorçu PKK/YPG-PYD 45 dinc sakini öldürüb, 244-nü yaralayıb

Nazirlik: PKK 45 dinc sakini öldürüb, 244 nəfəri yaralayıb

Terrorçu PKK/YPG-PYD qruplaşması bu il oktyabrın 9-dan dekabrın 4-dək 45 dinc sakini öldürüb, 244-nü isə yaralayıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 9-dan indiyədək terrorçu PKK/YPG-PYD qruplaşması tərəfindən “Barış pınarı” (“Sülh bulağı”) bölgəsində mülki sakinləri hədəf alan bomba yüklənmiş avtomobillə hücum nəticəsində 23 dinc sakin qətlə yetirilib, 55 mülki şəxs yaralanıb. Suriya ərazisindən terrorçuların Türkiyəyə atdıqları raketlər nəticəsində isə 22 dinc vətəndaşımız qətl edilib, 189 vətəndaşımız isə yaralanıb”, - deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılmasına yönəlik fəaliyyət ABŞ və Rusiya ilə əldə edilən razılıq əsasında davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi