Yuxarı

Nazir: "Son 4 ildə Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb"

Nazir: "Son 4 ildə Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb"

Son dörd ildə Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“2015-cı il dekabrın 17-25-də və 2016-cı il iyulun 15-də baş verən hadisələrdən sonra təkcə Qanun Hökmündə Qərar əsasında Türkiyənin daxili işlər orqanlarından 33 minə yaxın əməkdaş işdən çıxarılıb”, - nazir vurğulayıb.

Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevirlişinə cəhd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi