Nazir: “Rusiyanın embarqosu Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır”

Nazir: “Rusiyanın embarqosu Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır” “Rusiyanın avidaşımalara tətbiq etdiyi embarqo və turist axınlarının azalması Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır”.
Region
17 Avqust , 2019 15:14
Nazir: “Rusiyanın embarqosu Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır”

“Rusiyanın avidaşımalara tətbiq etdiyi embarqo və turist axınlarının azalması Gürcüstan iqtsadiyyatı üçün qeyri-sabitlik faktoru olaraq qalır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava "Fitch" Beynəlxalq Reytinq Agentliyinin ölkənin iqtisadi artım proqnozunu azaltmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bu faktorun neytrallaşdırılması üçün mümkün olan hər şeyi edir: “Gürcüstanın iqtisadi artım proqnozu 0,3 faiz azaldılması faktına baxmayaraq, Gürcüstan hökuməti 2019-cu ilin sonunda yüksək artım əldə etmək üçün əlindən gələni əsirgəmir”.

Qeyd edək ki, “Fitch” bu il qonşu ölkədə iqtisadi artım proqnozunu 4,6%-dən 4,3%-ə qədər azaldıb.

Xatırladaq ki, Rusiya bu ilin iyulun 8-dən etibarən Gürcüstana birbaşa aviadaşımaları qadağan edib. Bu da Rusiyadan Gürcüstana səfər edənlərin sayının və ölkənin turizmdən gəlirlərinin kəskin azalmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi