Nazir müavini: “Gürcüstanın dövlət siyasəti mədəni müxtəlifliyin gücləndirilməsinə xidmət edir”

Nazir müavini: “Gürcüstanın dövlət siyasəti mədəni müxtəlifliyin gücləndirilməsinə xidmət edir” “Gürcüstanın mədəni müxtəlifliyi ölkənin zənginliyidir”.
Region
22 May , 2019 11:59
Nazir müavini: “Gürcüstanın dövlət siyasəti mədəni müxtəlifliyin gücləndirilməsinə xidmət edir”

“Gürcüstanın mədəni müxtəlifliyi ölkənin zənginliyidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri deyib.

Onun sözlərinə görə, dövlətin siyasəti mədəni müxtəlifliyin gücləndirilməsi və inkişafına xidmət edir: “Gürcüstanda etnik, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar ölkənin gələcəyinə xidmət edirlər. Ölkədə hər bir millətə mənsub mədəniyyətin özünəməxsus yeri var. Buna ən yaxşı nümunə paytaxt Tbilisidir. Şəhərdə müxtəlif etnik mənsubiyyətə məxsus insanlar birgə yaşayıb inkişaf edirlər”.

L.Giqauri qeyd edib ki, mədəni müxtəliflik Gürcüstanı daha da gücləndirir: “Mədəni müxtəliflik həmçinin demokratiyanın vacib tərkib hissələrindən biridir və hökumətin vəzifəsi hər bir insanın özünün etnik, dini mənsubiyyəti və mədəniyyətini qoruyub saxlaya biləcəyi mühit yaratmaqdan ibarətdir”.

Son xəbərlər

Orphus sistemi