Yuxarı

Nazir müavini: “Gürcüstan tərəfdaş ölkələrlə ticarəti asanlaşdırmağa çalışır”

Nazir müavini: “Gürcüstan tərəfdaş ölkələrlə ticarəti asanlaşdırmağa çalışır”

“Gürcüstan tərəfdaş ölkələrlə ticarətin asanlaşdırılmasına nail olmağa çalışır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze beynəlxalq Tbilisi İpək Yolu Forumunda bildirib.

Onun sözlərinə görə, qonşu ölkələr arasında ticarətin baryersiz olması çox vacibdir: “Bu mənada qeyri-tarif baryerləri ən böyük maneədir. Biz Gürcüstan üzərindən daşınan yüklərin daha asan və maneəsiz həyata keçirilməsinə çalışırıq. Bu baxımdan qonşu ölkələrlə gömrük sisteminin uyğunlaşdırılması çox önəmlidir”.

G.Arveladze deyib ki, Gürcüstan dünyada ən liberal iqtisadiyyata malik olan ölkələrdən biridir: “Bu, Gürcüstanın son 10 ildə əldə etdiyi ən böyük nailiyyətdir. Gürcüstan ticarət etdiyi ölkələrin bazarlarını da liberallaşdırır. Ölkənin Avropa İttifaqı, Çin, regional ölkələr və böyük iqtisadiyyata malik ölkələrlə azad ticarət haqqında sazişləri var. Bu sənədlər olduqca əhəmiyyətlidir və investisiyaların cəlb olunmasına da kömək edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi