Yuxarı
    Bağlamaq

    ​NATO Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib

    Plan çərçivəsində Türkiyədə erkən xəbərdarlıq sistemləri və AWACS kəşfiyyat təyyarələrinin sayı artırılacaq

    Bakı. 18 dekabr. REPORT.AZ/ Şimali Atlantika Alyansı "regionda vəziyyətin qeyri-stabil olması"ndan çıxış edərək Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi məlumat verib.

    Plan çərçivəsində Türkiyədə erkən xəbərdarlıq sistemləri və AWACS kəşfiyyat təyyarələrinin sayı artırılacaq, patrul xidməti gücləndiriləcək.

    Bundan əlavə, o əlavə edib ki, Şərqi Aralıq dənizində birgə təlimlər keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi