Yuxarı

NATO PA-nın növbəti yaz sessiyası Tbilisidə keçiriləcək

NATO-nun Baş katibi Yens Stoltenberq ilə Gürcüstan parlamentinin sədri David Usupaşvilinin görüşündə məlumat verilib

Tbilisi. 8 sentyabr. REPORT. AZ/ NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası 2017-ci ilin mayında Tbilisidə keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə Gürcüstan parlamentinin sədri David Usupaşvilinin görüşündə məlumat verilib.

Görüşdə NATO ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda vəziyyət, regionda sülhün bərqərar olmasında parlamentlərin rolu, regional və qlobal təhlükəsizlik, antiterror əməliyyatlarında birgə iştirak və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, NATO PA-nın yaz sessiyasının gələn ilin mayında Tbilisidə keçirilməsi barədə qərar, Şimali Atlantika Alyansının Gürcüstana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna diqqətin nümunəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi