NATO-nun sabiq rəsmisi Gürcüstana səfir təyin olunduğunu təkzib edib

NATO-nun sabiq rəsmisi Gürcüstana səfir təyin olunduğunu təkzib edib NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbou Gürcüstana səfir təyin olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Region
23 İyul , 2019 10:11
NATO-nun sabiq rəsmisi Gürcüstana səfir təyin olunduğunu təkzib edib

NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbou Gürcüstana səfir təyin olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Gürcüstanın dostu və onun NATO-ya üzv olma yolunda səylərinin tərəfdarı olduğum üçün fəxr edirəm, lakin mən ABŞ səfiri təyin olunmamışam”, - deyə A.Verşbou yazıb.

Qeyd edək ki, Gürcüstan mətbuatı diplomatik mənbəyə istinadən ötən gün A.Verşbounun ABŞ-ın ölkəyə yeni səfiri təyin olunduğu barədə məlumat yayıb.

ABŞ-ın qonşu ölkədəki müvəqqəti işlər vəkili Ross Uilsonun səlahiyyət müddəti bu ilin may ayında başa çatıb.

Son xəbərlər

Orphus sistemi