Yuxarı

NATO-nun baş katibi Türkiyəyə xəbərdarlıq edib

Yens Stoltenberq: Bir terrorçunun hücumu problemin dinc və siyasi yolla həllinə mane olmamlıdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Hər ölkənin özünü müdafiə haqqı var. Türkiyə də terrorçuların hücumundan özünü qoruya bilər. Ancaq bu müdafiə qaydalar çərçivəsində olmalı və lazımsız yerə problem böyüdülməməlidir".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "BBC"-yə telefonla müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, bəzi terrorçuların hücumu Türkiyənin üzləşdiyi bu problemin dinc və siyasi yolla həllinə mane olmamlıdı.

Y.Stoltenberq deyib ki, NATO olmadan da Türkiyə özünü qoruya bilər. Onun fikrincə, Türkiyənin İŞİD-ə qarşı mübarizəsində ABŞ-ın və digər beynəlxalq koalisiyanın hərbi dəstəyinə ehtiyacı olmayacaq: "Türkiyənin böyük bir ordusu, güclü təhlükəsizlik qüvvələri var. Buna görə də Türkiyənin əsgəri dəstəyə ehtiyacı olacağından söhbət gedə bilməz".

Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri bildirib ki, rəsmi Vaşinqton Suriyada İŞİD-ə qarşı döyüşən kürdlərin könüllü birliyi olan "YPG"-ni terrorçu qruplaşama saymır: "Onlar İŞİD-ə qarşı mübarizədə uğurlar əldə ediblər və edəcəklər. Biz onlarla birlikdə fəaliyyətimizi davam etdirəcəyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi