Yuxarı

NATO-nun baş katibi: "Gürcüstanın Şimali Atlantika strukturlarına üzv olmasını dəstəkləyirik"

Gürcüstana bir əsas tövsiyəm var: - islahatları davam etdirmək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Gürcüstana səfərə gəlmiş NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan hökumətinə islahatları davam etdirməyi məsləhət görüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, baş katib alyansın bu prosesdə Gürcüstana kömək edəcəyini qeyd edib.

"NATO Gürcüstanı Şimali Atlantika strukturlarına üzv olmaqda dəstəkləyir. Mən təkrar edirəm və qeyd edirəm ki, biz Gürcüstana islahatlar prosesində kömək etməliyik. Mənim Gürcüstana bir əsas tövsiyəm var: - islahatları davam etdirmək"- deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi qeyd edib ki, Gürcüstan təhlükəsizlik, hüquq və seçki islahatlarını uğurla həyata keçirir. Ölkənin NATO-ya üzvlüyü 29 üzvdən asııdır.

Qeyd edək ki, NATO-nun baş katibi və Şimali Atlantika Alyansının üzvləri Gürcüstana çərşənbə günü 2 günlük səfərlə gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi