NATO baş katibinin Türkiyəyə səfəri başlayıb

NATO baş katibinin Türkiyəyə səfəri başlayıb NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb.
Region
11 Oktyabr , 2019 12:03
NATO baş katibinin Türkiyəyə səfəri başlayıb

NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb. 

“Report” xəbər verir ki, məlumatı “Sabah” yayıb.

Baş katib Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” (“Sülh bulağı”) antiterror əməliyyatına dəstək verdiyini bildirib: “Türkiyənin təhlükəsizlik problemi var. Bu ölkə qorxunc terror hücumlarına məruz qalıb”.

Y.Stoltenberq Türkiyənin fəaliyyətinin ölçülü-biçili olacağına, mülayim davranacağına inandığını bildirərək, rəsmi Ankaranı məsuliyyətli davranmağa çağırıb. 

Qeyd edək ki, Y.Stoltenberq oktyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi