Ermənistanda 8 yaşlı məktəbli polisə uşaq bağçasına bomba qoyulduğunu bildirib

Ermənistanda 8 yaşlı məktəbli polisə uşaq bağçasına bomba qoyulduğunu bildirib Bakı. 23 dekabr. REPORT.AZ/ Ermənistanda 8 yaşlı məktəbli polisə anonim zəng edərək uşaq bağçasına bomba qoyulduğunu bildirib.
Region
23 Dekabr , 2018 06:47
Ermənistanda 8 yaşlı məktəbli polisə uşaq bağçasına bomba qoyulduğunu bildirib

Bakı. 23 dekabr. REPORT.AZ/ Ermənistanda 8 yaşlı məktəbli polisə anonim zəng edərək uşaq bağçasına bomba qoyulduğunu bildirib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Vardenis raynunda baş verib.

Məlumata görə, polisin operativ idarə xidmətinə iki cinayətkarın Vardenisin 2 saylı orta məktəbinin yaxınlığındakı uşaq bağçalarından birinə bomba qoyması barədə zəng edilib. Naməlum şəxs bildirib ki, onlar tezliklə bombanı partladacaqlar.

Uşaq bağçasına yerli xilasedicilər, polis əməkdaşları gəlib. Lakin bomba barədə xəbərdarlıq yalan çıxıb. Polis bir qədər sonra zəng edən şəxsin şəxsiyyəti müəyyənləşib. Hüquq-mühafizə orqanları yalan məlumat verən şəxsin 8 yaşlı məktəbli olduğunu müəyyənləşdiriblər. Polis həmçinin onun zəng etdiyi telefonu da müəyyən edə bilib.

Qeyd edək ki, bu, Vardenisdə baş verən ilk xoşagəlməz hal deyil. Bir müddət əvvəl Vardenis rayonunda İMPİRQA tikinti şirkətinin direktoru Ruben K.-nın avtomobili avtomat silahdan atəşə tutulub. Bundan sonra isə isə ölkənin qızıl mədənində atışma olub.
  

Son xəbərlər

Orphus sistemi