​Nalçikdə hüquq-mühafizə orqanları və yaraqlılar arasında atışma davam edir

​Nalçikdə hüquq-mühafizə orqanları və yaraqlılar arasında atışma davam edir Bazar ertəsi gecə Nalçikin bir neçə rayonunda xüsusi rejim tətbiq olunub
Region
3 Avqust , 2015 15:02
​Nalçikdə hüquq-mühafizə orqanları və yaraqlılar arasında atışma davam edir

Bakı. 3 avqust. REPORT.AZ/ Nalçikdə çoxmərtəbəli binanın mənzillərindən birində mühasirəyə alınan yaraqlılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında atışma davam edir. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Yaraqlılar Musov küçəsindəki doqquzmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən birində mühasirəyə alınaraq onlara təslim olmaq təklif olunub, lakin yaraqlılar bu təklifi rədd edib və silahlı müqavimət göstərməyə başlayıb. Hazırda atışma davam edir", - məlumatda bildirilib.

Bazar ertəsinə keçən gecə Nalçikin bir neçə rayonunda xüsusi rejim qüvvəyə minib.

Tətbiq olunan rejim ictimai asayişin müdafiəsinin gücləndirilməsi, o cümlədən bir sıra tədbirlərin görülməsini nəzərdə tutur. Müəyyən olunan ərazilərdəki insanların şəxsiyyətini müəyyən edən sənədlərin yoxlanması və zəruri sənədin olmadığı halda, onun şəxsiyyətini müəyyən etmək üçün polis şöbəsinə və ya digər səlahiyyətli orqanlara çatdırılması, həmin ərazilərdən nəqliyyat vasitələrinin evakuasiya edilməsi, sözügedən ərazidə mobil rabitənin məhdudlaşdırılması və digər tədbirlər də bu rejimin tətbiqi zamanı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi