Müdafiə naziri: "​İran Rusiyadan "Su-30" qırıcıları alacaq"

Müdafiə naziri: "​İran Rusiyadan "Su-30" qırıcıları alacaq" Hüseyn Dehqan "İmad-2" adlı ballistik-raketin istehsalına başlayacaqlarını, "İmad-1"-in isə istehsalını davam etdirdiklərini söyləyib
Region
10 Fevral , 2016 12:23
Müdafiə naziri: ​İran Rusiyadan Su-30 qırıcıları alacaq

Bakı. 10 fevral. REPORT.AZ/ İran Rusiyadan "Su-30" qırıcılarının alması ilə bağlı müzakirələr aparır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri general Hüseyn Dehqani bildirib.

O, alacaqları təyyarələrin sayını deməsə də, bunun dəqiqləşdiyini vurğulayıb.

H.Dehqan yaxın gələcəkdə İranın "Kərrar" adlı tank da istehsal edəcəyini söyləyib: "Bu tank göstəricilərinə görə Rusiyanın "T-90" tankından üstün olmasa da, ona bərabər olacaq".

Nazir Rusiyadan alacaqları "S-300" zent -raket sistemi və "İnam 373" raket-kompleksi ilə bağlı məsələyə də münasibət bildirib: "Rusiya ilə ölkəmiz arasında imzalanan müqaviləyə əsasən, qarşı tərəf "S-300" kompleksini iki mərhələdə təhvil verəcək. Birinci mərhələ 2016-cı ilin ilk 3 ayında başa çatacaq. İkinci mərhələ isə cari ilin sonunadək həyata keçiriləcək. "İnam373" isə 2016-cı ilin yazında nümayiş etdiriləcək".

H.Dehqan yaxın gələcəkdə "İmad-2" adlı ballistik-raketin istehsalına başlayacaqlarını, "İmad-1"-in isə istehsalını davam etdirdiklərini də söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ İranın raket istehsalı sahəsini müşahidə etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi