Moskvadakı “Yerevan plaza”da partlayış təhlükəsi ilə bağlı təxliyyə olub

Region
  • 08 noyabr, 2018
  • 13:50
Moskvadakı “Yerevan plaza”da partlayış təhlükəsi ilə bağlı təxliyyə olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərindəki “Yerevan Plaza” Ticarət Mərkəzində partlayış təhlükəsi ilə təxliyyə həyata keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, təxliyyə ticarət mərkəzinin partladılacağı ilə bağlı informasiyaya əsasən olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi heç bir açıqlama verməyib.