Moskvada “Təbliğe-camaat”ın 7 üzvü saxlanılıb

Moskvada “Təbliğe-camaat”ın 7 üzvü saxlanılıb FTX: “Onlar Rusiya ərazisində İslam Xilafəti yaratmaq planının müzkirə ediblər”
Region
22 Dekabr , 2016 19:08
Moskvada “Təbliğe-camaat”ın 7 üzvü saxlanılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Daxili İşlər Nazriliyi qvradiyasının dəstəyi ilə Moskvada “Təbliğe-Camaat” qruplaşmasının 7 üzvünü saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin Moskva və Moskva vilayəti üzrə İdarəsindən bildirilib.

İnformasiyaya əsasən, onlar yeni üzvlər cəlb etmək məqsədi ilə təbliğat aparıblar: “Saxlanılanlar qadağan olunan ədəbiyyatdan istifadə etməklə yanaşı, Rusiya ərazisində İslam Xilafəti yaratmaq planının müzkirə ediblər”.

Qeyd edək ki, “Təbliğe- Camaat” təşkilatının fəaliyyəti Rusiya ərazisində qadağan olunub.

Son xəbərlər

Orphus sistemi