Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü

Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada daha 57 nəfər koronavirusdan ölüb.
Region
5 İyun , 2020 01:06
Moskvada koronavirus qurbanlarının sayı 2 800-ü ötdü

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada daha 57 nəfər koronavirusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, ölkə paytaxtında COVID-19 qurbanlarının sayı 2 806 nəfərə çatıb. 

“Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 57 pasiyent öldü”, - deyə xəbərdə bildirilr.

Paytaxt Rusiyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkənin mərkəzi şəhərində COVID-19-a 189 214 nəfər yoluxub, virusa yoluxmuş 94 715 nəfər sağalıb.

Operativ Qərargahın məlumatlna görə, ölkədə koronavirusa ümumilikdə 441 108 nəfər yoluxub, 204 623 nəfər sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi