​Moskvada Ermənistanın 3 vətəndaşı quldurluq etdiklərinə görə tutulublar

​Moskvada Ermənistanın 3 vətəndaşı quldurluq etdiklərinə görə tutulublar Cinayət-axtarış əməliyyatı nəticəsində onlar Krasnodar diyarında həbs ediliblər
Region
11 Fevral , 2016 19:11
​Moskvada Ermənistanın 3 vətəndaşı quldurluq etdiklərinə görə tutulublar

Bakı. 11 fevral. REPORT.AZ/ Moskvada ardıcıl qarətlərdə şübhəli bilinən Ermənistanın 3 vətəndaşı Rusiyanın paytaxt polisləri tərəfindən saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Moskvanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, onlar Moskvada tapança ilə hədələyərək, mənzilin yiyəsindən qızıl-zinət əşyaları, pul və avtomobilin açarı və sənədlərini alıblar. Qarətçilər sonra gizləniblər.

Cinayət-axtarış əməliyyatı nəticəsində onlar Krasnodar diyarında tutulublar. 

Son xəbərlər

Orphus sistemi