Moskvada daha 58 nəfər koronavirusdan ölüb

Moskvada daha 58 nəfər koronavirusdan ölüb Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 864 nəfərə çatıb.
Region
6 İyun , 2020 00:44
Moskvada daha 58 nəfər koronavirusdan ölüb

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 864 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, ötən sutka paytaxtda daha 58 nəfər koronavirusdan ölüb.

"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi daha 58 pasiyent öldü", - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi