Moskvada antiterror əməliyyatı keçirilib, keçmiş SSRİ respublikalarının 20 vətəndaşı tutulub

Moskvada antiterror əməliyyatı keçirilib, keçmiş SSRİ respublikalarının 20 vətəndaşı tutulub Saxlanılanlar mütəşəkkil cinayətkar qruplaşmanın üzvləridir
Region
7 Dekabr , 2016 12:27
Moskvada antiterror əməliyyatı keçirilib, keçmiş SSRİ respublikalarının 20 vətəndaşı tutulub

Bakı. 7 dekabr. REPORT.AZ/ Moskva və ətraf bölgələrdə yerli güc strukturları əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində 20 şübhəli saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar ekstremist fəaliyyət göstərməkdə şübhəli bilinirlər.

Saxlanılanlar mütəşəkkil cinayət qruplaşmasının üzvləridir. Onların əksəriyyəti keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

Qeyd edək ki, bu il noyabrın əvvəlində Moskvada keçirilən antiterror əməliyyatı nəticəsində Rusiya paytaxtı və İnquşetiyada terror törətməyə cəhddə şübhəli bilinən İŞİD qruplaşmasının üzvləri tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi