Moskvada 6 müttəhim məhkəmə iclasında damarlarını kəsib

Moskvada 6 müttəhim məhkəmə iclasında damarlarını kəsib Məhkəmə iclası təxirə salınıb
Region
17 Noyabr , 2017 17:15
Moskvada 6 müttəhim məhkəmə iclasında damarlarını kəsib

Bakı. 17 noyabr. REPORT.AZ/ Moskva Şəhər Məhkəməsində xuliqanlıqda ittiham olunan 6 çeçenistanlı həbs müddətinin artırılması üzrə məhkəmə iclası zamanı damarlarını kəsib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a təqsirləndirilənlərdən birinin vəkili Şamil Yandarbayev məlumat verib.

"Bu gün məhkəmə iclasında altı nəfər ülgüclə damarını kəsib. Təcili-tibbi yardım çağırılıb, zəruri yardım göstərilir", - o deyib.

"Onlar xuliqanlıq ittihamı ilə 2015-ci ildən etibarən həbsxanada saxlanılır. Əminəm ki, onların, sadəcə, əsəbləri dözməyib. Bu, ümidsizlikdən atılan addım olub", - deyə hüquqşünas bildirib.

Müttəhimlərin həbs müddətinin artırılması üzrə məhkəmə iclası təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi