Məhkəmə Telman İsmayılovun müflis elan olunması ilə bağlı işə baxılmasını təxirə salıb

Məhkəmə Telman İsmayılovun müflis elan olunması ilə bağlı işə baxılmasını təxirə salıb İş avqustun 4-nə qədər təxirə salınıb
Region
16 İyun , 2016 13:42
Məhkəmə Telman İsmayılovun müflis elan olunması ilə bağlı işə baxılmasını təxirə salıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Moskva vilayətinin Arbitraj məhkəməsi "AST"  qrupunun təsisçisi, iş adamı Telman İsmayılovun şəxsi müflisliyi haqqında işin baxılmasını təxirə salıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Məhkəmə işin avqustun 4-nə təxirə salınması haqqında tərəflərin vəsatətini mümkün hesab edir", - hakim qeyd edib. 

Beləliklə, məhkəmə "AST" qrupunun təsisçisinin nümayəndəsinin xahişini təmin edib.

Son xəbərlər

Orphus sistemi