​Moskva Türkiyə avtodaşıyıcılarının fəaliyyətinə nəzarəti gücləndirir

​Moskva Türkiyə avtodaşıyıcılarının fəaliyyətinə nəzarəti gücləndirir Rusiya prezidenti bu barədə müvafiq fərman imzalayıb
Region
29 Noyabr , 2015 06:52
​Moskva Türkiyə avtodaşıyıcılarının fəaliyyətinə nəzarəti gücləndirir

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident bu fərman ilə Rusiya hökumətinə Türkiyə avtodaşıyıcılarının fəaliyyətinə nəzarətin, liman nəzarətinin gücləndirilməsi və Azov-Qara dəniz hövzələrində dəniz limanları akvatoriyasının nəqliyyat təhlükəsizliyinin təmin edilməsi tapşırığı verib.

Rusiya hökumətinə, xüsusi ilə təhlükəsizlik məqsədi ilə Rusiya Federasiyası ərazisində olan Türkiyə avtodaşıyıcılarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, liman nəzarəti və Azov-Qara dəniz hövzələrində Rusiya dəniz limanları akvatoriyalarının nəqliyyat təhlükəsizliyinin təmin edilməsi, eləcə də, dəniz və başqa gəmilərin Rusiya limanları ərazisinə qanunsuz daxil olması və hərəkətinin qarşısının alınması üzrə nəzarətin gücləndirilməsini nəzərdə tutan tədbirlərin görülməsi tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi