Yuxarı

Moskva-İrəvan reysinin sərnişinləri təxliyyə olunub, 8 nəfər xəsarət alıb

​Moskva-İrəvan reysində təxliyyə zamanı 8 sərnişin xəsarət alıb

Moskvanın Şeremetyevo hava limanından İrəvana getməli olan sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsi məlumat yayıb.

Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyyə olunublar. Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Məlumata görə, tüstülənmə xəbəri öz təsdiqini tapmayıb, kabinədə yanğın aşkar olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi