​Moldovanın baş prokuroru istefa verib

​Moldovanın baş prokuroru istefa verib O, prokurorluqda islahatların aparılmasını vacib saydığını vurğulayıb
Region
26 Fevral , 2016 12:44
​Moldovanın baş prokuroru istefa verib

Bakı. 26 fevral. REPORT.AZ/ Moldovanın baş prokuroru Korneliu Qurin istefa verib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, parlamentin bugünkü iclasında bəyanatla çıxış edib.

"Baş prokurora vəsiqəsini təhvil verirəm. Bununla da martın 1-dən istefaya gedirəm. Qurumun rəhbərliyinə qarşı şübhə və ittiham irəli sürmədən prokurorluqda islahatların başlanmasını vacib sayıram", - deyə o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi