​Moldovanın baş naziri istefa verib

​Moldovanın baş naziri istefa verib Onun namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə "Avropa Moldovası uğrunda Alyans" irəli sürmüşdü
Region
12 İyun , 2015 13:35
​Moldovanın baş naziri istefa verib

Bakı. 12 iyun. REPORT.AZ/ Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiçin baş nazir postuna namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə "Avropa Moldovası uğrunda Alyans" irəli sürmüşdü.

O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycandakı "Azercell" şirkətinin direktoru işləyib. Kommunist baş nazir Yuri Lyankenin istefa verməsindən sonra Kirill Qaburiç hökumət başçısı olmuşdu.  

Son xəbərlər

Orphus sistemi