Mixeil Saakaşvili teleaparıcı olacaq

Mixeil Saakaşvili teleaparıcı olacaq O, Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” həftəlik tok-şousunu aparacaq
Region
28 Mart , 2017 14:13
Mixeil Saakaşvili teleaparıcı olacaq

Bakı. 28 mart. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixeil Saakaşvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şounun aparacısı olacaq.

“Report” xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

M.Saakaşvili həmin səhifədə studiyanın fotosunu da yerləşdirib.

Onun ilk qonağı Ukrayna parlamentinin deputatı Vladimir Parasyuk olub.

“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, - deyə M.Saakaşvili vurğulayıb. 

Qeyd edək ki, V.Parasyuk ölkədə fərqli düşncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə gündəm yaratmağı bacarır. 

Son xəbərlər

Orphus sistemi