Yuxarı

​Mixail Saakaşvili : "Heç kim məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz"

Onun müraciəti Gürcüstan telekanallarında yayımlanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ "Onlar məni pasportdan məhrum edə bilərlər, ancaq heç kim mənim milli mənsubiyyətimi əlimdən ala, məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qurbenatoru Mixail Saakaşvili müraciətində bildirib.

"Əvvəlcə məni həbs edəcəklərini dedilər. Ölkəmi tərk etməyə məcbur oldum. Ukrayanaya gəldim. Gürcüstanda olduğu kimi burada da mübarizə gedir. Onlar (Gürcüstan hakimiyyətinin nəzərdə tutur - "Report") məni pasportdan məhrum edə bilərlər, ancaq heç kim mənim milli mənsubiyyətimi əlimdən ala, məni Gürcüstana olan sevgimdən çəkindirə bilməz. Biz mütləq qayıdacağıq və birlikdə qələbə qazanacağıq", - o, vurğulayıb.

Onun müraciəti Gürcüstan telekanallarında yayımlanıb.

Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti Georgi Marqvelaşvili dövlətin keçmiş başçısı Mixail Saakaşvilininin ölkənin vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi