Misirin neft naziri gözlənilmədən İrana səfər edib

Misirin neft naziri gözlənilmədən İrana səfər edib 1979-cu ilin fevralında İranda baş verən inqilabdan sonra Qahirə ilə Tehran arasında münasibətlər dost səviyyəsində olmayıb
Region
7 Noyabr , 2016 12:30
Misirin neft naziri gözlənilmədən İrana səfər edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Misirin neft naziri Tarik əl-Mulla gözlənilmədən İrana səfər edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, səfər zamanı İranla neft tədarükü məsələsinin müzakirə ediləcəyi ehtimal olunur.

Məlumata görə, ötən ay Səudiyyə Ərəbistanı Misirə neft ixracını dayandırdıqdan sonra ölkəyə xam neftin tədarükü ilə bağlı yeni tərəfdaş və müqavilə lazımdır.

Qeyd edək ki, 1979-cu ilin fevralında İranda baş verən inqilabdan sonra Qahirə ilə Tehran arasında münasibətlər dost səviyyəsində olmayıb. 

Son xəbərlər

Orphus sistemi