Yuxarı

Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirilib

Ona ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyulub

Bakı. 6 may. REPORT.AZ/ Fransa məhkəməsinin izni ilə Moskvaya gələn rusiyalı senator Süleyman Kərimov ürəyində problem səbəbindən xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bunu milyarderin köməkçisi Aleksey Krasovski deyib.

"Şənbə günü axşam ürək nahiyəsində nasazlıq hiss etdi, həkim çağırdı. Təcili yardımla Vişnevski hospitalına aparıldı, ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyuldu", - deyə Aleksey Krasovski bildirib.

Xəstəxana kardiocərrahının sözlərinə görə, reanimasiyada senatorun sinus ritmi bərpa olunub və o, həkim nəzarəti altında evə buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi