Yuxarı

​MHP-nin fövqəladə qurultayının keçirilmə tarixi dəyişdirilib

Tədbir Ankarada Böyük Hoteldə keçiriləcək

Bakı. 30 may. REPORT.AZ/ Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı iyulun 19-da Ankarada Böyük Hoteldə keçiriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda partiyanın təşkilat komitəsi açıqlama yayıb.

Qeyd edək ki, ötən həftə MHP-nin sədri Dövlət Baxçalı qurultayın keçirilməsi tarixi ilə bağlı bunları söyləmişdi: "MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq".

O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulayıb.

Xatırladaq ki, MHP-də sədrə müxalif olanlar mayın 15-də fövqəladə qurultay keçirməyi planlaşdırmışdı. Ancaq qurultayı həmin tarixdə reallaşdırmaq mümkün olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi