Bakı. 29 mart. REPORT.AZ/ "Özbəkistanda səsvermə qaydaları və prinsipləri demokratik standartlara tam uyğun gəlir".
"Report" "UzReport"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Ötən gün MSK sədri Özbəkistan parlamentinin Aşağı Palatasında görüş keçirib.
Görüşdə Özbəkistanda keçirilən demokratik islahatlar, xüsusilə də prezidentin, parlamentin, hökumətin və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı ölkə Konstitusiyasına edilən dəyişiklər müzakirə olunaraq, müsbət qiymətləndirilib.
Xatırladaq ki, Özbəkistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası seçkinin baş tutduğunu, rəsmi nəticələrin isə martın 30-da elan ediləcəyini bildirib.