Bakı. 29 aprel. REPORT.AZ/ Ankara Sülh və Hüquq Məhkəməsi Türkiyə parlamentində 40 deputatla təmsil olunan Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultay keçirməsi haqda qərarını dayandırıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu MHP baş katibinin müavini Oktay Öztürk bildirib.
Qeyd edək ki, MHP-dəki indiki rəhbərliyə müxalif olan bir qrup bu il mayın 15-də fövqəladə qurultay keçirilməsi haqda qərar qəbul etmişdi.