Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib Məhkəmə bununla bağlı Ədliyyə Nazirliyinə məktub göndərib
Region
26 May , 2017 13:03
Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

Bakı. 26 may. REPORT.AZ/ Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib. 

Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Qeyd edək ki, uzun illərdir ABŞ-da yaşayan FETÖ rəhbəri F.Gülən Türkiyədə dövlət çevrilişinə cəhdə və digər cinayətlərdə ittiham olunur. Rəsmi Vaşinqton onu Türkiyəyə təhvil verməkdən imtina edir. 

Son xəbərlər

Orphus sistemi