Yuxarı

İranın XİN başçısı ABŞ-a gedib

Məhəmmədcavad Zərif Nyu-Yorka gedib

İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif aprelin 23-də ABŞ-a səfərə gedib. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, Nyu-Yorkda BMT Baş Assambleyasının təşkil etdiyi “Beynəlxalq çoxtərəflilik və sülh üçün diplomatiya günü” adlı konfransa qatılacaq. 

M.Zərifin Nyu-Yorkda bəzi müstəqil analitik mərkəzlərdə görüşlər keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, konfrans aprelin 24-də Nyu-Yorkda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi