Məhbusların ölüm faktına görə Ermənistan Avropada birincidir

Məhbusların ölüm faktına görə Ermənistan Avropada birincidir Bu barədə AŞ-nin “Penitensiar Sistemlərdəki vəziyyətə dair” yekun hesabatında qeyd olunur
Region
19 Mart , 2017 23:53
Məhbusların ölüm faktına görə Ermənistan Avropada birincidir

Tbilisi. 20 mart. REPORT.AZ/ Ermənistan həbsxanalardakı məhbusların ölüm faktlarına görə Avropa ölkələri sırasında liderdir.

“Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının “Penitensiar Sistemlərdəki vəziyyətə dair” yekun hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, hər il Ermənistan həbsxanalarındakı 10 min məhbusdan 95,5-i ölür.

Ermənistanda müxtəlif cinayətlərə görə, azadlıqdan məhrum olanların sayı da son 10 ildə 37,8 faiz artıb.

Avropa ölkələri sırasında məhbuslara ən az vəsait sərf edən də Ermənistan hökumətidir. Avropa ölkələrində gündəlik bir məhbusa 52,36 avro xərcləndiyi halda, Ermənistanda bu rəqəm 10 dəfə az – 10,3 avrodur.

Son xəbərlər

Orphus sistemi