Bakı. 22 Avqust. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev rublun zəifləməsinin səbəblərini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, baş nazirin fikrincə, milli valyutaya təsir edən əsas amillər neftin qiymətinin düşməsi, Çin və Qazaxıstan milli valyutalarının devalvasiyası, həmçinin Qərbin sanksiyalarıdır.
“Rublun zəifləməsinin səbəbləri neftin qiymətinin düşməsi, Çin və Qazaxıstan milli valyutalarının devalvasiyası, həmçinin Qərbin sanksiyalarıdır”, - deyə o bildirib.