Yuxarı

Medvedev: 2016-cı ildə Rusiyada anti-böhran planının tətbiqi mümkündür

Bunu Rusiyanın Baş naziri Dmitriy Medvedev deyib

Bakı. 11noyabr. REPORT.AZ/ "Əyər 2016-cı ildə Rusiyada iqdisadi göstəricilər pisləşsə, hökümət anti-böhran planını tətbiq etməyə başlayacaq". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Baş naziri Dmitriy Medvedev deyib.

Onun sözlərinə görə, hələlik inflasiya göstəricilərinin aşağı düşəcəyinə dair ümidlər mövcuddur. "2016-cı ildə inflasiyanın 7% səviyyəsinə enəcəyini və iqdisadi inkişaf templərinin sürətlənəcəyini proqnozlaşdırırıq. Ancaq vəziyyət çətinləşsə anti-böhran planının tətbiqi gündəmə gələcək. Hər şey vəziyyətdən aslıdır", - deyə hökümət başçısı qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi