Medvedev: 2016-cı ildə Rusiyada anti-böhran planının tətbiqi mümkündür

Medvedev: 2016-cı ildə Rusiyada anti-böhran planının tətbiqi mümkündür Bunu Rusiyanın Baş naziri Dmitriy Medvedev deyib
Region
11 Noyabr , 2015 01:40
Medvedev: 2016-cı ildə Rusiyada anti-böhran planının tətbiqi mümkündür

Bakı. 11noyabr. REPORT.AZ/ "Əyər 2016-cı ildə Rusiyada iqdisadi göstəricilər pisləşsə, hökümət anti-böhran planını tətbiq etməyə başlayacaq". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Baş naziri Dmitriy Medvedev deyib.

Onun sözlərinə görə, hələlik inflasiya göstəricilərinin aşağı düşəcəyinə dair ümidlər mövcuddur. "2016-cı ildə inflasiyanın 7% səviyyəsinə enəcəyini və iqdisadi inkişaf templərinin sürətlənəcəyini proqnozlaşdırırıq. Ancaq vəziyyət çətinləşsə anti-böhran planının tətbiqi gündəmə gələcək. Hər şey vəziyyətdən aslıdır", - deyə hökümət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi