Yuxarı

​MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-lə mübarizəni müzakirə edəcəklər

Əsas diqqət terrorçuluq sahəsində əməkdaşlığın effektini artırmağa yönələcək

Bakı. 26 may. REPORT.AZ/ MDB xüsusi xidmət orqanlarının rəhbərləri çərşənbə axşamı Düşənbədə keçiriləcək iclasda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı tərəfindən yarana biləcək təhlükələri müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında bildirilir.

"Müşavirədə əsas diqqət terrorçuluq və ekstremizm, o cümlədən İŞİD terror təşkilatı tərəfindən Birlik ölkələrinə qarşı potensial təhlükələrin aradan qaldırılması sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönələcək", — deyə idarədən bildiriblər.

FTB-nın məlumatına görə, bundan əlavə iştirakçılar 2016-cı ilədək terrorçuluq və ekstremizmlə mübarizə üzrə əməkdaşlıq proqramının icrasına yekun vuracaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi