​MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-lə mübarizəni müzakirə edəcəklər

​MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-lə mübarizəni müzakirə edəcəklər Əsas diqqət terrorçuluq sahəsində əməkdaşlığın effektini artırmağa yönələcək
Region
1413
26 May , 2015 06:00
​MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-lə mübarizəni müzakirə edəcəklər

Bakı. 26 may. REPORT.AZ/ MDB xüsusi xidmət orqanlarının rəhbərləri çərşənbə axşamı Düşənbədə keçiriləcək iclasda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı tərəfindən yarana biləcək təhlükələri müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında bildirilir.

"Müşavirədə əsas diqqət terrorçuluq və ekstremizm, o cümlədən İŞİD terror təşkilatı tərəfindən Birlik ölkələrinə qarşı potensial təhlükələrin aradan qaldırılması sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönələcək", — deyə idarədən bildiriblər.

FTB-nın məlumatına görə, bundan əlavə iştirakçılar 2016-cı ilədək terrorçuluq və ekstremizmlə mübarizə üzrə əməkdaşlıq proqramının icrasına yekun vuracaqlar.

Son xəbərlər

Orphus sistemi