MDB ölkələrinin baş prokurorları Bişkekdə görüşürlər

MDB ölkələrinin baş prokurorları Bişkekdə görüşürlər Bu gün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək.
Region
1 Oktyabr , 2019 10:34
MDB ölkələrinin baş prokurorları Bişkekdə görüşürlər

Bu gün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək.

"Report" "BelTA"ya istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyində 18 maddə yer alıb. Şura üzvləri prokurorluq fəaliyyətinin müxtəlif sahələrində təcrübə mübadiləsi aparacaq, prokurorluq orqanları işçilərinin hazırlanması, yenidən hazırlanması və ixtisas artımı sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

İclas iştirakçıları 2018-ci ildə cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizə, habelə xarici sərhədlərdə sərhəd təhlükəsizliyini gücləndirmək sahəsində birgə əməkdaşlıq proqramlarının icrasının nəticələrini nəzərdən keçirmək niyyətindədirlər.

MDB dövlətləri baş prokurorlarının Koordinasiya Şurası 1995-ci ildə yaradılıb. Onun tərkibinə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi