​MDB ölkələri Silahlı Qüvvələrinin birgə təlimləri sentyabrda keçiriləcək

​MDB ölkələri Silahlı Qüvvələrinin birgə təlimləri sentyabrda keçiriləcək Təlimlərdə iştirakla bağlı Ermənistan Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Müdafiə nazirlikləri razılıq veriblər
Region
3 İyun , 2015 13:44
​MDB ölkələri Silahlı Qüvvələrinin birgə təlimləri sentyabrda keçiriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ MDB ölkələri Silahlı Qüvvələrinin "Döyüş Birliyi-2015" birgə hərbi təlimləri sentyabrda keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hərbi-kosmik qüvvələri komandanı general-leytenant Aleksandr Qolovko bildirib.

"Birgə təlimlərin 2015-ci il sentyabrın 7-dən 25-dək müddətdə keçirilməsi təklif olunur.

Təlimlərin mövzusu: "MDB ölkələri aviasiya və hərbi-hava müdafiəsi qruplaşmalarının kollektiv təhlükəsizlik zonasında anti-terror aksiyaları və silahlı münaqişələr zamanı iştirakının hazırlanması və istifadə olunmasıdır",- MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında A. Qolovko bildirib.

Onun sözlərinə görə, təlimlərdə iştirakla bağlı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Müdafiə Nazirlikləri razılıq veriblər. 

Son xəbərlər

Orphus sistemi