MDB-nin mənzil-qərargahında ümumi əmək bazarının yaradılması müzakirə ediləcək

MDB-nin mənzil-qərargahında ümumi əmək bazarının yaradılması müzakirə ediləcək Tədbir mayın 13-14-də Belarusun paytaxtında baş tutacaq
Region
8 May , 2015 22:21
MDB-nin mənzil-qərargahında ümumi əmək bazarının yaradılması müzakirə ediləcək

Bakı. 8 May. REPORT.AZ/ Mayın 13-14-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsinin Birliyə üzv ölkələrin ümumi əmək bazarının mərhələlər üzrə formalaşması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsinə, habelə müvafiq məsələlər üzrə 2015-2018-ci illər üçün prioritet tədbirlərə dair konsepsiyalar layihələrinin razılaşdırılması məqsədilə ekspert qrupunun iclası keçiriləcək.

"Report" xəbər verir ki, sənəd layihəsi MDB-nin 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının beynəlxalq normativ-hüquqi aktlar bazasında reallaşdırılması məqsədilə hazırlanıb.

Ümumi əmək bazarı işçilərin maraqlarını maksimum nəzərə alaraq hüquqi, iqtisadi, sosial şərtlər və mexanizmlər təklif edir. Belə bazarın yaradılması MDB ölkələrinin iqtisadi inkişafının mühüm faktoru olacaq və qarşılıqlı faydalı əsasda Birlik məkanında inteqrasiya proseslərinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi