MDB icra katibi: "Ukrayna üzvlük haqqını ödəmir"

MDB icra katibi: "Ukrayna üzvlük haqqını ödəmir" Sergey Lebedev: "Ukraynadan MDB-dən çıxmağa dair rəsmi müraciət daxil olmayıb"
Region
11 Oktyabr , 2017 18:47
MDB icra katibi: Ukrayna üzvlük haqqını ödəmir

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmasına dair rəsmi müraciət daxil olmayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, Ukrayna əvvəlki kimi MDB xətti ilə bəzi tədbirlərdə iştirak edir, lakin bu, de-fakto passiv iştirakdır.

Sergey Lebedev Kiyevin təşkilata üzvlük haqqını ödəmədiyini də deyib: "Bu isə bizim orqanlarda iştirakı müəyyən dərəcədə çətinləşdirir və Birliyə üzv digər ölkələr arasında müəyyən neqativ reaksiya yaradır". 

Son xəbərlər

Orphus sistemi